Günəşdə ikinci güclü partlayış baş verib - YENİLƏNİB

İyunun 3-ü səhər saatlarında Günəşdə ən yüksək X sinfinə yaxın yeni partlayış qeydə alınıb.
Avtosfer.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.
"İyunun 3-ü Moskva vaxtı ilə saat 10:00-da (Bakı vaxtı ilə saat 9:00 - red.) 4455 günəş ləkəsi qrupunda (N15W16) rentgen diapazonunda 27 dəqiqə davam edən M7.8 partlayışı qeydə alınıb", - deyə məlumatda bildirilib.
Daha əvvəl M9.3 partlayışı barədə məlumat verilmişdi.
***
İyunun 3-də Günəşdə güclü partlayış qeydə alınıb. Alimlərin fikrincə, bu, son ayyarımda baş verən ən güclü partlayışdır.
Avtosfer.az-ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası öz "Telegram" kanalında məlumat verib.
Məlumata görə, hadisə Moskva vaxtı ilə saat 4:36-da (Bakı vaxtı ilə saat 5:36 - red.) baş verib və ona M9.3 səviyyəsi təyin edilib. Laboratoriyadan bildirilib ki, partlayışın gücü ən yüksək rentgen sinfindən cəmi 7 faiz az olub. Bu gücdə əvvəlki rekord partlayışlar bu il aprelin 24-də müşahidə olunub.
Ulduzdakı vəziyyət bir gün əvvəl gərginləşməyə başlayıb. Aktivlik qrafikinə baxılsa, partlayışlar təxminən yeddi saatlıq fasilələrlə baş verir, onların intensivliyi isə daim artır. Lakin fiziki modellər hələ də güclü partlayışlar ehtimalının az olduğunu hesab edir və növbəti hadisənin riskini kiçik üç faiz səviyyəsində qiymətləndirir.
Növbəti atılmanın günorta saatlarında baş verə biləcəyi və onun gücünün X səviyyəsini keçə biləcəyi proqnozlaşdırılır. Eyni zamanda, mütəxəssislər qeyd edirlər ki, Günəşin mövcud konfiqurasiyası ümumiyyətlə güclü aktivliyi nəzərdə tutmur. Partlayışın özü, demək olar ki, diskin mərkəzində baş verib və bu səbəbdən plazma axınları, böyük ehtimal, birbaşa Yerə doğru yönələcək.
Eyni zamanda, obyektiv monitorinq vasitələri hələlik planetimizə doğru plazma atılmasını təsdiqləməyib. Alimlər hadisəni hələlik zərərsiz hesab edirlər. Yaxın günlər ərzində vəziyyətin gedişatının izlənməsinə davam ediləcək.
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO
Xırdalanda iki həftədir düzəlməyən işıqfor qəza riski yaradır - VİDEO
Səbailin icra başçısı inzibati xəta törədib - Cərimə oluna bilər
Qobuda qaranlıq küçələr, əyilmiş dirəklər – Təhlükə göz görə-görə qalır - VİDEO
Yaşıl işıqda “yatan” sürücü arxadakı maşınları gözlətdi - VİDEO
Bakıda işıq olmadığlı üçün "svetafor" işləmədi - Sıxlıq yarandı - VİDEO
Xırdalanda sürücülərin kabusuna çevrilən yol: Hər an ağır qəza ola bilər - VİDEO - YENİLƏNİB
Tovuzda dəhşət yaşandı - Bıçaqlananlar var…
Bakıda bu bağçada uşaqlara zorakılıq edilir: Döyülür, hədə-qorxu gəlinir - VİDEO - YENİLƏNİB












