Gürcüstanda Azərbaycan vətəndaşları da daxil olmaqla 31 əcnəbi saxlanılıb

Gürcüstanda Azərbaycan vətəndaşları da daxil olmaqla 31 əcnəbi saxlanılıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, Gürcüstanda qeyri-qanuni miqrasiyaya qarşı mübarizə çərçivəsində Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları Tbilisi və Batumi şəhərlərində miqrasiya nəzarəti üzrə xüsusi tədbir keçiriblər. Kompleks tədbirlər nəticəsində Türkiyə, Misir, Azərbaycan və İordaniya vətəndaşları da daxil olmaqla 31 xarici vətəndaş saxlanılıb.
Qeyd olunub ki, Batumidə keçirilən miqrasiya nəzarəti tədbirləri zamanı saxlanılan xarici vətəndaşlardan 13 nəfər Türkiyə Respublikasının hüquq-mühafizə orqanları və İnterpolun "qırmızı bülleteni" ilə müxtəlif ağır cinayətlərə görə axtarışda olub. Həmin cinayətlərə qətl, yetkinlik yaşına çatmayanın zorlanması və digər ağır cinayətlər daxildir. Məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi yayıb.
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO
Xırdalanda iki həftədir düzəlməyən işıqfor qəza riski yaradır - VİDEO












