Gürcüstanda azərbaycanlı ata və oğlu güllələndi - YENİLƏNİB

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli şəhərinin bazarında baş verən silahlı insident ölümlə nəticələnib.
Avtosfer.az 24News.ge-yə istinadən xəbər verir ki, yaralı vəziyyətdə xəstəxanaya çatdırılan 27 yaşlı gənc tibbi müdaxilələrə baxmayaraq, "Aversi" klinikasında həyatını itirib.
Məlumata əsasən, gəncin ölüm xəbərindən sonra klinikada qarşıdurma yaranıb, bununla əlaqədar hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər və insanları çölə çıxarıblar.
Mövcud məlumata əsasən, güllə yarası alan atanın vəziyyəti isə stabildir. Hadisənin başvermə səbəbləri və təfərrüatı araşdırılır.
Faktla bağlı Cinayət Məcəlləsinin 19-109-cu maddəsi üzrə istintaq aparılır. Sözügedən maddə qəsdən adam öldürməyə cəhd hallarını nəzərdə tutur.
***20:13
Bu gün günorta saatlarında Marneuli mərkəzi bazarının qızıl məmulatları satılan hissəsində silahlı insident qeydə alınıb.
Avtosfer.az xəbər verir ki, qızıl mağazasının sahibi olan azərbaycanlı ata və onun oğlu naməlum şəxs tərəfindən güllələnib.
Hücum edən şəxs bir neçə dəfə atəş açdıqdan sonra hadisə yerindən qaçıb.
Yaralı ata və oğlu Marneulidə yerləşən klinikalardan birinə yerləşdirilib. Hadisənin səbəbləri və digər təfərrüatları hazırda məlum deyil.
Gürcüstan DİN-dən bildirilib ki, faktla bağlı istintaqa başlanılıb.
Motosikleti səkiyə çırpıb ölən sürücü birinci kurs tələbəsi olub
Balları və cərimələri sistemdən “silən” DƏLƏDUZ PEYDA OLUB - DİQQƏT
Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu
Polis əməliyyat keçirdi - 126 nəfər saxlanıldı
Bakıda yük maşını təhlükə yaratdı - VİDEO
Şəhidlər məscidi yaxınlığında təhlükə: 20 gündür aşmış ağac götürülmür - FOTOLAR
FHN əməkdaşlarının hadisədən bir neçə dəqiqə əvvəl çəkilmiş görüntüsü - VİDEO
Çalışdığı avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanıldı
FHN əməkdaşının öldüyü hadisə ilə bağlı rəsmi AÇIQLAMA - FOTO - YENİLƏNİB
Bakıda “Ford" yanıb - VİDEO








