Hafiz Babalı və Elnarə Qasımovanın HƏBS MÜDDƏTİ uzadılıb

Hadisə 7 Mart 2024 18:11 Oxunub 210
Hafiz Babalı və Elnarə Qasımovanın HƏBS MÜDDƏTİ uzadılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Jurnalist Hafiz Babalı barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Bu gün Xətai Rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə qəbul edilən qərara əsasən, Hafiz Babalı barəsində həbs qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb.

Xətai rayon Məhkəməsi, həmçinin “Abzas Media” saytının əməkdaşı Elnarə Qasımova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə qərar verib.

Elnarə Qasımova barəsində həbs qətimkan tədbirinin müddəti də 3 ay uzadılıb.

Qeyd edək ki, ötən il noyabrın 21-də “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 23-də isə direktor müavini Məhəmməd Kekalov, dekabrın 1-də isə saytının əməkdaşı Nərgiz Absalamova barəsində qrup halında qaçaqmalçılıq ittihamı ilə həbs qətimkan tədbiri seçilib.

Daha sonra jurnalist Hafiz Babalıya qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbs qərarı verilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh