Hakerlər İran Milli Tanker və Gəmiçilik şirkətlərinin sistemlərini qırıblar

Haker qrupu bildirib ki, ölkənin dəniz sektoruna ən böyük kiberhücumlardan birində İranın 60-dan çox neft tankeri və yük gəmisində rabitəni sıradan çıxarıb, gəmilər, onların limanları və xarici dünya arasında əlaqə kəsilib.
Avtosfer.az “Sky News Arabiya”ya istinadla xəbər verir ki, “Leyb Dohtacan” hakerlər qrupu İranın Milli Tanker Şirkəti və İran Gəmiçilik Şirkətinin sistemlərini qırıb, bu da 39 neft tankeri və 25 yük gəmisinin işini pozub.
“Altmışdan çox İran neft tankerinin və yük gəmisinin sistemləri sıradan çıxarılıb, bu da bu gəmilər, onların limanları və xarici dünya arasında əlaqənin kəsilməsinə səbəb olub. Bu, İranın dəniz sektorunu hədəfə alan ən böyük kiberhücumlardan biri olub”, - deyə hakerlərin açıqlamasında deyilir.
Qruplaşma əlavə edib ki, sistemin qırılması telekommunikasiya və informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən İranın “Fanava” holdinqinin şəbəkəsinə nüfuz etməklə həyata keçirilib. Bu holdinq peyk rabitəsi, məlumatların saxlanılması və ödəniş sistemlərini təqdim edir.
Onlar bildiriblər ki, gəmilərin peyk terminallarını idarə edən “Linux” əməliyyat sistemlərinə “root hüquqları” ilə çıxış əldə ediblər, bu da İranın dəniz rabitəsinin əsasını təşkil edən “Falcon” idarəedici proqram təminatını dayandırmağa imkan verib.
“Falcon”un dayandırılması gəmilərin sahil ilə əlaqənin tamamilə kəsilməsi deməkdir”, - deyə qrup bildirib və əlavə edib ki, sistemin qırılması gəminin avtomatik identifikasiya sistemini (AIS) və peyk rabitə əlaqələrini sıradan çıxarıb.
Bakıda məktəbli öldürüldü: Sinif yoldaşı tutuldu
Abşeronda toyda kütləvi dava düşdü: Bir nəfər ölüm ayağındadır
Sükan arxasında sərxoş tutulan nazir həm avtomobilindən, həm də vəzifəsindən oldu
Bu ölkədə cərimə yol vergisindən daha səmərəlidir
Heyvanı buynuzundan bağlayıb başıaşağı saxladı: “Onsuz da kəsiləcək” - VİDEO
Öz kefi ilə hərəkət edən skuter sürücüsü az qala piyadanı vuracaqdı - VİDEO
Sumqayıtda həyat yoldaşını qətlə yetirən şəxs qazisi imiş - DETALLAR - VİDEO
Bloger tərəfindən təhqir olunan şəhid anası nazirə müraciət etdi - YENİLƏNİB
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var - VİDEO
Abşeronda binada partlayış baş verib: Xəsarət alan var - VİDEO
Bakıda avtobus ağır qəzaya düşdü - Yaralılar var - VİDEO - YENİLƏNİB












