Hava limanında sərnişinin yükündən 17 timsah çıxdı

İstanbulun Sabiha Gökçen hava limanında gömrükçülər Türkiyəyə qanunsuz timsah və kərtənkələlər keçirməyə cəhd edən sərnişini saxlayıb.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Misirdən gələn sərnişinin baqajına baxış zamanı 17 baş Nil timsahı və 10 ədəd Nil monitor kərtənkələsi (ən böyük kərtənkələlərdən biri) aşkar edilib.
Saxlanılan şəxsin heyvanların ölkəyə gətirilməsinə icazə verən heç bir sənədi olmayıb. Onun sözlərinə görə, onları Suriya ilə həmsərhəd Hatay vilayətinə aparırmış.
“Canlı heyvanlar nazirliyin nümayəndələri tərəfindən mühafizəyə götürülüb”, - deyə nazirlikdən bildirilib. Qaçaqmalçıya qarşı hansı tədbirlərin görüldüyü və hadisənin nə vaxt baş verdiyi açıqlanmır.
Piyada məsuliyyətsizliyi faciəyə səbəb olacaqdı: Sürücü son anda qəzadan yayındı - VİDEO
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO












