Hava limanının polis rəisi həbs edilib

Rusiyanın Nijni Novqorod şəhərinin hava limanının Polis İdarəsinin rəisi Namiq Musayev qanunsuz miqrasiyanın təşkili ilə bağlı cinayət işinin istintaqı çərçivəsində saxlanılıb.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Volqa Federal Dairəsi üzrə Nəqliyyat İdarəsi N.Musayevin saxlanılmasını təsdiqləyib.
Bildirilir ki, bir qrup vətəndaşın qanunsuz hərəkətlərini nəqliyyat polisinin mühafizə xidmətinin əməkdaşları Federal Təhlükəsizlik Xidməti İdarəsinin Nijni Novqorod vilayəti üzrə həmkarları ilə birgə müəyyən ediblər.
On iki əməkdaşın “sxem”ə cəlb olunduğu, fəaliyyətin bölüşdürüldüyü, bəzilərinin pul qəbul etdiyi, bəzilərinin rəisin qanunsuz əmrlərini yerinə yetirdiyi iddia olunur.
Məlumata görə, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 322-ci (sərhədi qanunsuz keçmə) və 286-cı (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə açılıb, N.Musayev barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












