Həbsdən çıxan keçmiş məhkum kafedə ofisiantı döydü, yenidən tutuldu

Qusar rayonunda kafedə dava düşüb. Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, hadisə rayon ərazisindəki kafelərdən birində baş verib. Quldurluq etdiyi üçün 1 il 6 ay azadlıqdan məhrum edilmiş, hadisədən bir müddət əvvəl cəzası başa çatdığı üçün azadlığa buraxılan 1996-cı il təvəllüdlü Rəhman Ağayev (ad və soyad şərtidir) rayon ərazisində tanışının toy mərasimində spirtli içki qəbul edəndən sonra rayon ərazisindəki kafelərdən birinə gəlib, orada pivə sifariş verib. O, əlavə olaraq 4 bakal pivə içdikdən sonra yenidən pivə sifariş verib. Kafedə ofisiant işləyən şəxs yenidən ona pivə süzmək istəyib. Lakin bakal dolmamış pivə qurtarıb. O, yarımçıq bakalı R.Ağayevə gətirib və pivənin qurtardığını bildirib. R.Ağayev ofisiantla mübahisə edib. Mübahisə nəticəsində o, ofisiantı döyüb. Hadisə yerinə Qusar Rayon Polis Şöbəsinin əməkdaşları gəliblər və R.Ağayev saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb, iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə R.Ağayev 6 ay azadlıqdan məhrum edilib.
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO












