Həbsdən çıxan şəxs ailəsini öldürməklə hədələyir - DİN ARAŞDIRMA APARIR - FOTO

“Bir ana Qadın Dəstək Xəttinə müraciət edərək bildirib ki, özü və 3 azyaşlı övladı həyat yoldaşı tərəfindən davamlı məişət zorakılığı və ölüm təhdidlərinə məruz qalır”. Avtosfer.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Kəmalə Aşumova sosial şəbəkə hesabında məlumat verib. Məlumata görə, narkotik maddə təsiri altında olan şəxs ailə üzvlərini, o cümlədən azyaşlı qız övladını cinsi zorakılıqla hədələyir, onu məktəb yaxınlığında izləyir və tapacağını bildirir.
“Qeyd edək ki, bu şəxs doğma atadır, öz övladına qarşı cinsi zorakılıq edəcəyini bildirir. Bununla bağlı Qaynar xəttə müvafiq materiallarda təqdim edilib.
Həmin şəxs əvvəllər narkotik maddə istifadəsinə görə həbs olunmuş, lakin amnistiya qərarı ilə azadlığa buraxılmışdı. Hazırda ana və uşaqlar təhlükəsizlik məqsədilə öz evlərini tərk edərək qohum evinə sığınmağa məcbur qalıblar. Uşaqlar ciddi psixoloji gərginlik yaşayır və təhsildən yayınırlar” – deyə paylaşımda qeyd edilib.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır.


Şlaqbaumu qırıb mühafizəçini döyən SÜRÜCÜ SAXLANILDI - VİDEO
Oğurladığı bahalı velosipedi mağazadan çıxan kimi 460 manata satdı - VİDEO
Kiberdələduzluq edən haker dəstə tutuldu - Bank səhifələrinin oxşarını yaradırmışlar - VİDEO
Avtoyuma məntəqəsindən maşın OĞURLANDI
Qubada ər arvadını qətlə yetirdi - Sonra özünü asdı - YENİLƏNİB
Yolu kor-koranə keçən qadın qəzadan son anda xilas oldu - VİDEO
Prospektdə gənc oğlan skuterlə əks yola çıxıb təhlükə saçdı - VİDEO
Sürücüdən MƏSULİYYƏTSİZ ADDIM: Yola beton tökdü - ANBAAN VİDEO
Xaçmazda maşın piyadanı vuraraq ÖLDÜRDÜ
Xəzər dənizində ZƏLZƏLƏ oldu - FOTO
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxladı - VİDEO










