Hədə-qorxu ilə 25 min manat tələb edənlər saxlanıldı - FOTO - VİDEO

Paytaxtın Xətai rayonunda Bakı şəhər sakini olan 42 yaşlı kişi Neapol küçəsində yerləşən kafelərin birində 2 nəfərin onun sağlamlığına zərər vurmaqla nəticələnən zorakılıq hərəkətləri etmələri barədə polisə məlumat verib.
Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, zərərçəkən daha sonra həmin şəxslər tərəfindən naməlum ünvana aparılaraq ondan 25000 manat tələb edildiyini, verməyəcəyi təqdirdə isə həyat və sağlamlığına təhlükə yaradacaq zor tətbiq edəcəkləri ilə hədələndiyini bildirib.
Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 21 yaşlı Aqşin Əsgərov, 36 yaşlı Səxavət Məmmədov və dəstənin 24 yaşlı qadın üzvü saxlanılıblar.
Araşdırmalarla müəyyən edilib ki, zərərçəkən şəxs dəstə üzvü olan qadının tanışı olub və digərləri onun təklifi əsasında qeyd edilən cinayət əməlini törədiblər. Saxlanılan şəxslərin hadisəni törətmə anları təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.
Faktla əlaqədar Xətai RPİ-də cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Polis məşhur tiktoker Solmazı söyüşə görə həbs etdi - FOTO
Oğurlanan avtomobil nömrələri bərpa olunmur? - Qanun nə deyir? - VİDEO
Şəmkirdə "Prado"da meyit tapıldı
İtkin düşən 88 yaşlı kişi axtarılır - FOTO
Salyan bazarında qadın satıcı almaları tüpürərək silib? - VİDEO
Saatlıda avtomobilin vurduğu piyada öldü
Məhv edilən həmin raketin görüntüləri - FOTO - VİDEO
Avtobuslarda cibgirlik edən şəxs tutuldu - VİDEO
Onun tayı-bərabəri yoxdur: dünyanın ən yaxşı lüks elektrik avtomobili
İş adı ilə Türkiyəyə aparılan azərbaycanlı qadınların Quşadası kabusu
Bakının əsas prospektlərindən birində YÜK AVTOMOBİLİ YANDI - FOTO










