Həkim xəstənin sinir damarlarını kəsdi - Hər iki ayağı tutuldu

Məhkəmə qüsurlu əməliyyat nəticəsində xəstənin ayaqlarının tutulmasına səbəb olmaqda təqsirləndirilən "Bioloji Təbabət" klinikasının Masallı rayon filialının həkim-neyrocərrahı Qəhrəman Aydın barədə qərar verib.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, Şirvan Apellyasiya Məhkəməsində hakim Elşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkən Bahar Adıgözəlova və cinayət işində təqsirli bilinən həkim tərəfindən verilən apellyasiya şikayətləri təmin olunmayıb.
Qeyd edək ki, bel fəqərəsi yırtığından əziyyət çəkən B.Adıgözəlovanı sözügedən klinikanın həkim-neyrocərrahı Qəhrəman Aydın əməliyyat edib. Xəstə narkozdan ayıldıqdan sonra hər iki ayağının fəaliyyətini tam itirib.
İttihama görə, həkim cərrahi əməliyyat zamanı xəstənin belindəki sinir damarını kəsib. Nəticədə qadın əlil arabasından istifadə etməyə məcbur qalıb.
Qəhrəman Aydın Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə təqsirli bilinib. Masallı Rayon Məhkəməsinin qərarı ilə bir il müddətə dövlət və yerli özünüidarə orqanlarında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilib, eləcə də aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla iki il müddətə islah işləri cəzasına məhkum edilib. Həmçinin məhkəmə təqsirləndirilən şəxsin zərərçəkən tərəfə 15225 manat təzminat ödənilməsi barədə qərar qəbul edib.
Piyada məsuliyyətsizliyi faciəyə səbəb olacaqdı: Sürücü son anda qəzadan yayındı - VİDEO
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO












