Həkimdən DƏHŞƏTLİ SƏHV: Xəstənin sağlam gözünü çıxardı, onu kor etdi

Hadisə 25 İyun 2022 16:00 Oxunub 802
Həkimdən DƏHŞƏTLİ SƏHV:  Xəstənin sağlam gözünü çıxardı, onu kor etdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Slovakiyanın Bratislava Universitet Xəstəxanasının həkimi təsadüfən xəstənin sağlam gözünü çıxarıb.

Avtosfer.az-ın xarici mediaya istinadla məlumatına görə, cərrah xəstənin zədələnmiş gözü götürməli idi, lakin təsadüfən gözləri qarışdırıb, nəticədə xəstəni tamamilə kor edib. Nəzarət orqanları hadisənin səbəblərini müəyyən etmək üçün araşdırmalara başlayıb. Xəstəxananın nümayəndələri əməliyyatı həyata keçirən mütəxəssisin xəstələrlə işləməkdən uzaqlaşdırıldığını bildiriblər. Xəstəxana qurbana və onun ailəsinə tibbi səhvin nəticələrini aradan qaldırmağa kömək etmək üçün psixoloji dəstək təklif edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh