Hələ də atamın yolunu gözləyirik - İtkin düşmüş şəxsin qızı

İtkin Aydın Rəhimovun qızı Püstəxanım Rəhimova hələ də atasının yolunu gözlədiklərini deyib.
Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, P.Rəhimova Bakıda "İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı bildirib ki, atası itkin düşəndə onun 3 yaşı olub.
Onun sözlərinə görə, Aydın Rəhimov hərbçi kimi Qarabağ döyüşlərində iştirak edib:
"Nənəm atamın yolunu gözləyə-gözləyə qaldı. Hər gün onun köhnə hərbi formasını yoxlayırdı".
"Bugünkü tədbirin fürsətindən istifadə edərək beynəlxalq təşkilatlara səslənirəm ki, itkin qəhrəmanların taleyinə biganə qalmasınlar. Çox istərdim ki, Ermənistan tərəfi itkin şəhidlərimizin qalıqlarının yerini Azərbaycan tərəfinə açıqlasın".
İtkin Behbud Behbudovun bacısı Könül Behbudova isə 30 ildir qardaşının taleyindən xəbərsiz olduqlarını vurğulayıb:
"Biz beynəlxalq təşkilatlarda çıxış edərək itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün köməklik istəmişik".
Şəmkirdə ana və oğlu döyülüb, avtomobillərinə ziyan vurulub
Polkovnik-leytenant haqda YENİ QƏRAR
Bakıda tanınmış fotoqrafa məxsus QARAJ YANDI - VİDEO - YENİLƏNİB
Yol kənarında əmisi oğlunu döydü - Məhkəmədə üzr istədi
Moskva-Bakı reysi ilə uçan təyyarə qəza enişi edib
Bayram tonqalına atılan benzin partlayışa səbəb oldu - 11 yaralı var - VİDEO
Bayram günü telefon dükanına girib oğurluq etdi – DİN-dən AÇIQLAMA - VİDEO
Polis əməliyyat keçirdi - 41 nəfər saxlanıldı
Neftçalada 15 və 17 yaşlı iki qardaşın faciəli şəkildə ölümünün TƏFƏRRÜATI - VİDEO
Ağır qəzada həlak olan qardaşların - FOTOLARI
Çak Norris vəfat edib










