Banner

Helikopter xəstəxana binasına çırpıldı - VİDEO - YENİLƏNİB

Hadisə 22 Dekabr 2024 12:42 Oxunub 292
Helikopter xəstəxana binasına çırpıldı - VİDEO   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Türkiyədə helikopterin xəstəxana binasına çırpılması nəticəsində dörd nəfər ölüb.

Avtosfer.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, helikopter Səhiyyə Nazirliyinin tabeliyindədir. Həlak olanlardan ikisi pilot, biri həkim, digəri isə tibb müəssisəsinin işçisi olub.

Xəsarət alanlar barədə məlumat yoxdur.

***

11:52

Türkiyədə helikopter Tədris və Araşdırma Xəstəxanasının binasına çırpılıb.

Avtosfer.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Bildirilib ki, hadisə Muğla şəhərində qeydə alınıb.

Xəstəxana binasına çırpılan helikopter qəzadan sonra yerə düşüb.

Hadisə yerində axtarış-xilasetmə tədbirləri başlayıb.

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh