HƏMAS İsraildə ictimai nəqliyyata hücumlara görə məsuliyyəti öz üzərinə götürdü - FOTO - VİDEO

"HƏMAS İsraildə nəqliyyat vasitələrinə hücumlarda məsuliyyəti öz üzərinə götürüb".
Avtosfer.az xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti HAMAS-ın "Tulkarem" bölməsinin bəyanatına istinadən xəbər verib.
"Şəhidlərimizin qisası qaçılmazdır. Bu, işğalçı torpaqlarımızda qaldığı müddət davam edəcək. "Tulkarem" taborunun birgə əməliyyat qərargahı. Bu, qələbə uğrunda mübarizədir", - deyə radikal təşkilatın döyüşçüləri bəyan ediblər.
Qeyd edək ki, Təl-Əvivdən 50 kilometr məsafədə yerləşən Bat-Yam şəhərində eyni vaxtda sərnişinsiz üç avtobus partlayıb, daha ikisində isə partlamamış qurğu aşkarlanıb. Hadisə nəticəsində heç kəs xəsarət almayıb.
Polis terror aktı ehtimalını nəzərdən keçirir. Ölkə rəhbərliyi bütün regionlardakı avtobus sürücülərinə marşruta çıxmazdan əvvəl nəqliyyat vasitələrini yoxlamağı tapşırıb.
İddialara görə, şübhəli şəxs qatara minərək qaçıb. İsrail Nəqliyyat Nazirliyi qatarların hərəkətini dayandırıb.
İsrailin "Hayom" portalı hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki, avtobuslar səhər saat 9-da partlamalı idi, lakin şübhəlilər səhər və axşam saatlarını qarışdırıb, taymeri səhv təyin ediblər.
İsrailin baş naziri Benyamin Netanyahu İordan çayının qərb sahilində "terror ocaqlarına qarşı" genişmiqyaslı əməliyyatın başlanmasına və terror hücumlarının qarşısının alınması üçün İsrail şəhərlərində "profilaktik tədbirlər"in gücləndirilməsinə göstəriş verib.
Bu gənc qızla-oğlanı polis axtarır – SƏBƏB
Azərbaycanda tanınmış cərrah əməliyyatı qüsurlu icra etdi: 32 min ödəyəcək
Xətaidə gecə ilə peyda olan DAHA BİR OBYEKT - FOTO
Bakı metrosunda HƏYƏCANLI ANLAR - YENİLƏNİB
Polis məşhur tiktoker Solmazı söyüşə görə həbs etdi - FOTO
Oğurlanan avtomobil nömrələri bərpa olunmur? - Qanun nə deyir? - VİDEO
Şəmkirdə "Prado"da meyit tapıldı
İtkin düşən 88 yaşlı kişi axtarılır - FOTO
Salyan bazarında qadın satıcı almaları tüpürərək silib? - VİDEO
Saatlıda avtomobilin vurduğu piyada öldü
Məhv edilən həmin raketin görüntüləri - FOTO - VİDEO














