Həmin həkim şəhid anasından üzr istədi - VİDEO

Hadisə 3 May 2024 18:45 Oxunub 216
Həmin həkim şəhid anasından üzr istədi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Dünən sosial şəbəkələrdə Vətən müharibəsi şəhidi, “Mixaylo” ləqəbli gizir Mehti Şıxəliyevin anasına özəl klinikada həkim tərəfindən kobudluq edilməsi ilə bağlı məlumatlar yayılıb. “Qafqazinfo” xəbər verir ki, oğlunu müayinəyə aparan ana Şəlalə Şıxəliyevaya nevroloq İbrahim Qulamov tərəfindən yersiz replika atıldığı iddia edilib. Belə ki, paylaşımlarda İ.Qulamovun Ş.Şıxəliyevanın yaxasında şəhid oğlu Mehtinin şəklini görərək “Oğlunuzun şəklini niyə yaxanıza asmısınız?! Ruhuna ağır gedər, adından istifadə etməyin!” dediyi bildirilib.

Daha sonra hətta həkimin mübahisəni davam etdirərək müayinədən imtina etdiyi də qeyd edilib.

Məlumata görə, Şəlalə Şıxəliyeva və oğlu Bakıya müayinə üçün Şirvan şəhərindən gəliblərmiş. Başqa klinikada ailəyə lazım olan cihaz olmadığı üçün Şirvana geri qayıtmağa məcbur olublar.

Bu gün həkim-nevroloq İbrahim Qulamov video paylaşaraq baş verən hadisənin əslində anlaşılmazlıq səbəbindən yaşandığını deyib. O, ifadələrinə görə şəhidin anasından üzr istəyib.

Qeyd edək ki, XTQ giziri olan Mehti Şıxəliyev 2020-ci ilin 7 noyabrında Şuşa döyüşləri zamanı qəhrəmancasına həlak olub. O, ölümündən sonra çoxsaylı medallarla, eləcə də "Qarabağ" ordeni ilə təltif edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh