Həmkəndlisini öldürüb basdırdığı yerdə it damı tikib - 2 il sonra üstü açılan cinayət - VİDEO

Xaçmazda 2023-cü ildə itkin düşmüş şəxsin qətlə yetirildiyi müəyyən olunub.
Avtosfer.az xəbər verir ki, hadisə rayonun Qusarçay kəndində baş verib.
Evini kirayə verən 38 yaşlı Əmirəddin Əkbərovun 50 yaşlı kirayənişin - Surəddin Həsənəliyev tərəfindən qətlə yetirildiyi bildirilir.
Qətlə yetirilən və itkin düşdüyü bildirilən Əmirəddin Əkbərov aliment borcuna görə axtarışda imiş. O, 3 ilə yaxın müddət ərzində aliment ödəmədiyi üçün hüquq-mühafizə orqanları tərəfindən axtarılıb. Əməliyyat tədbirləri nəticəsində onun 50 yaşlı Surəddin Həsənəliyev tərəfindən qətlə yetirildiyi və meyitinin həyətdə basdırıldığı məlum olub.
Hadisə ilə bağlı Surəddin Həsənəliyev saxlanıb. Məlumata görə o, meyiti basdırdığı yerdə izi itirmək üçün it üçün yuva düzəldibmiş.
Mərhumun meyiti basdırıldığı yerdən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Motosikleti səkiyə çırpıb ölən sürücü birinci kurs tələbəsi olub
Balları və cərimələri sistemdən “silən” DƏLƏDUZ PEYDA OLUB - DİQQƏT
Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu
Polis əməliyyat keçirdi - 126 nəfər saxlanıldı
Bakıda yük maşını təhlükə yaratdı - VİDEO
Şəhidlər məscidi yaxınlığında təhlükə: 20 gündür aşmış ağac götürülmür - FOTOLAR
FHN əməkdaşlarının hadisədən bir neçə dəqiqə əvvəl çəkilmiş görüntüsü - VİDEO
Çalışdığı avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanıldı
FHN əməkdaşının öldüyü hadisə ilə bağlı rəsmi AÇIQLAMA - FOTO - YENİLƏNİB
Bakıda “Ford" yanıb - VİDEO










