Həmkəndlisini qətlə yetirib, bir nəfəri də yaraladı - YENİLƏNİB

Şəkidə baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
Avtosfer.az xəbər verir ki, hadisə voleybol oyunu zamanı işlədilən təhqiramiz ifadələrə görə olub.
Belə ki, Baş Göynük kənd sakini Paşa Yusibovun evinin yaxınlığında voleybol meydançası olub və kənd sakinləri vaxtaşırı həmin meydançada voleybol oynayırmış. İyulun 29-da axşam saatlarında kənd sakinləri həmin meydançada voleybol oynayarkən kənd sakini Dəyanət Həşimov söyüş söyüb. Söyüşü eşidən P.Yusibov evindən çıxaraq meydançaya gəlib və onlara söyüş söyməməyi tapşırıb. Nəticədə Dəyanət Həşimov və Bünyad Babazadə P.Yusibovla mübahisə ediblər, ardınca onu döyüblər.
Evinə qayıdan P.Yusibov yaşadığı mənzildən bıçaq götürüb, hadisə yerinə qayıdıb. O, ilk olaraq D.Həşimovu ürəyindən bıçaqlayıb. Daha sonra isə o, B.Babazadəni bıçaqlayıb.(oxu.az)
***09:12
Şəkidə 39 yaşlı kişi həmkəndlisini qətlə yetirib, bir nəfəri isə yaralayıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə ötən gün axşam saatlarında rayonun Baş Göynük kəndində qeydə alınıb.
Belə ki, 39 yaşlı Paşa Yusibov kəsici alətlə həmkəndlisi, 38 yaşlı Dəyanət Həşimovu qətlə yetirib. Sözügedən şəxs daha sonra 24 yaşlı Bünyad Babazadəyə xəsarət yetirib.
Cinayətdə şübhəli bilinən P.Yusibov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












