Hər dəfə içki içib 102 və 103-ə zəng edirdi - Həbs olundu

Daşkəsən rayon sakini, hər dəfə içki qəbul etdikdən sonra Daxili İşlər Nazirliyinin "102" və Təcili Tibbi Yardımın "103" xidmətlərinə əsassız zənglər edən şəxs həbs olunub.
Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, 1997-ci il təvəllüdlü, Daşkəsən rayonunun Xoşbulaq kənd sakini Məcid Cəfərov (şərti ad) sərxoş vəziyyətdə təkrar-təkrar qeyd olunan xidmətlərə zənglər edərək onların normal fəaliyyətinə maneə yaradıb.
Məlum olub ki, Məcid Cəfərov əmək qabiliyyətli olmasına baxmayaraq heç bir işlə məşğul olmur, anasının qazancı hesabına yaşayır. O, hərbi hissələrin birində gündəlik 8 manata qabyuyan işləyən anasının qazancının 7 manatını alaraq spirtli içkiyə xərcləyib. Sonuncu dəfə də həmin pulla 700 qramlıq araq alıb, təkbaşına içdikdən sonra "102" və "103" xidmətlərinə zəng edərək, əgər evinə tibbi yardım gəlməzsə, adam öldürəcəyini deyib.
Bundan sonea saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisə tabe olmamaq) maddələri ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Məcid Cəfərov 8 gün müddətinə inzibati qaydada həbs olunub.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












