Hərbçimiz İNTİHAR ETDİ

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Gözəlov Novruz Fikrət oğlunun odlu silahdan istifadə etməklə özünü öldürməsi barədə Gəncə hərbi prokurorluğuna məlumat daxil olmuşdur.
Avtosfer.az xəbər verir ki, daxil olmuş məlumat əsasında Gəncə hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş və digər hərəkətlər icra edilmişdir.
Fakt üzrə Gəncə hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq, zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır. ALLAH hərbçimizə rəhmət eləsin.
Cərimə balı, cərimələri sistemdən “silən” DƏLƏDUZ PEYDA OLUB
Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu
Polis əməliyyat keçirdi - 126 nəfər saxlanıldı
Bakıda yük maşını təhlükə yaratdı - VİDEO
Şəhidlər məscidi yaxınlığında təhlükə: 20 gündür aşmış ağac götürülmür - FOTOLAR
FHN əməkdaşlarının hadisədən bir neçə dəqiqə əvvəl çəkilmiş görüntüsü - VİDEO
Çalışdığı avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanıldı
FHN əməkdaşının öldüyü hadisə ilə bağlı rəsmi AÇIQLAMA - FOTO - YENİLƏNİB
Bakıda “Ford" yanıb - VİDEO
Hicab bağlayıb marketi talayan qaraçı qadınlar SAXLANILDI - VİDEO









