Hərəkətdə olan “Mercedes” qəfil alışaraq yandı - FHN söndürdü - VİDEO

Hadisə 16 Sentyabr 2024 16:30 Oxunub 7768
Hərəkətdə olan “Mercedes” qəfil alışaraq yandı  - FHN söndürdü  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Zaqatalada avtomobil yanaraq yararsız vəziyyətə düşüb.

Avtosfer.az-ın məlumatına görə, yanğın sentyabrın 14-də səhər saatlarında Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, 99-LK-814 dövlət nömrə nişanlı “Mercedes” markalı maşın hərəkətdə olarkən ön hissəsi anidən alışmağa başlayıb. Şahidlərin iddiasına əsasən, yanğın elektrik naqillərindəki qısaqapanmadan qaynaqlanıb. Xoşbəxtlikdən hadisə zamanı avtomobildə insan olmayıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub. Getdikcə şiddətlənən yanğının avtomobilin digər hissələrinə keçməsinin qarşısı alınıb.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh