Heydər Əliyev Beynəlxalq Hava Limanında FACİƏ: Bir nəfər həyatını itirdi - FOTO - YENİLƏNİB

Hadisə 22 Sentyabr 2022 16:21 Oxunub 812
Heydər Əliyev Beynəlxalq Hava Limanında FACİƏ:  Bir nəfər həyatını itirdi - FOTO   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Heydər Əliyev Beynəlxalq Hava Limanında baş verən qəza ilə bağlı Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Stansiyasına çağırış daxil olub.

TƏBİB-dən apa-ya bildirilib ki, zərərçəkən bir nəfər ağır müştərək travmalarla tibb müəssisəsinə aparılarkən yolda dünyasını dəyişib.

Bir nəfər isə qarnın küt travması ilə TƏBİB-in tabeliyindəki tibb müəssisəsinə yerləşdirilib. İlkin tibbi yardımdan sonra zərərçəkən evə buraxılıb.

***

Heydər Əliyev Beynəlxalq Hava Limanında dəhşətli hadisə baş verib.

Avtosfer.az xəbər verir ki, Hava limanı ərazisindəki köhnə anqarda, daha dəqiq desək “E” dayanacağında kran fəhlələrin üzərinə aşıb.

Hadisə nəticəsində bir fəhlə faciəvi şəkildə həyatını itirib, digəri isə ağır yaralanıb.

Dəhşətli hadisənin təfərrüatları bəlli deyil.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

konkret.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh