Hindistanda konteyner gəmisi partladı - Ölənlər var - VİDEO

Hadisə 9 İyun 2025 16:00 Oxunub 144
Hindistanda konteyner gəmisi partladı - Ölənlər var - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Hindistanın cənubundakı Kerala əyaləti sahillərində Sinqapur bayrağı altında üzən MV WAN HAI 503 konteyner gəmisində partlayış baş verin.

Avtosfer.az xəbər verir ki, gəminin göyərtəsində olan 5 dənizçi yaralanıb, 4 nəfər itkin düşüb.

Gəmi Kolombodan (Şri-Lanka) Mumbay limanına doğru gedirmiş və oraya iyunun 10-da çatmalı idi. Konteyner gəmisi Koçin limanından keçərkən göyərtəsində partlayış baş verib, daha sonra yanğın başlayıb.

Ümumilikdə gəmidə 22 ekipaj üzvü olub. Partlayışın səbəbi və konteyner gəmisinə dəyən zərərin həcmi hələlik dəqiqləşdirilməyib. Orada hansı yükün olduğu da hələlik məlum deyil. Hadisə yerinə Hindistan Sahil Mühafizəsi və Hindistan Hərbi Dəniz Qüvvələri göndərilib.

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh