Hindistanda körpünün uçması nəticəsində ölənlərin sayı artdı - VİDEO
Hadisə 31 Oktyabr 2022 15:18 Oxunub 424
Hindistanda körpünün uçması nəticəsində ölənlərin sayı artdı - VİDEO

Hindistanın qərbindəki Qucarat ştatında kanatlı körpünün uçması nəticəsində ölənlərin sayı 141-ə çatıb.

177 nəfərin xilas olunduğu, itkin düşənlərin axtarışlarının davam etdirildiyi bildirilir.

Yerli hakimiyyət orqanları bundan əvvəl 130 nəfərin öldüyünü və ölənlərin sayının artacağının istisna edilmədiyini bildirmişdi.

Xatırladaq ki, bazar günü axşam Qucarat ştatının Morbi dairəsində Maçhu çayı üzərində kanatlı körpü uçub. Ümumilikdə həmin an körpüdə 500-ə yaxın insan olub.

Xilasetmə əməliyyatları gecə boyu davam edib, səhər saatlarından isə daha da intensivləşdirilib.

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh