Hindistanda təbii fəlakət: Körpü sel sularına qərq oldu - VİDEO

Hindistanın Manipur ştatında fasiləsiz yağan leysan nəticəsində dəhşətli daşqınlar davam edir. Tubal çayı üzərindəki strateji əhəmiyyətli körpü güclü sel sularının təzyiqinə tab gətirməyərək tamamilə dağılıb.
Avtosfer.az bu barədə "360.ru"nun "Telegram" kanalına istinadla xəbər verir.
Bununla bağlı yayılan kadrlardan görünür ki, konstruksiya şiddətli daşqın səbəbindən çökərək sel sularına qarışıb.
Qeyd edək ki, Hindistanda musson mövsümü ilə başlayan yağışlar Assam, Arunaçal-Pradeş, Meqhalaya, Manipur, Tripura, Naqaland, Mizoram ştatlarında torpaq sürüşmələrinə və qəfil daşqınlara səbəb olub, regionda həyatı əhəmiyyətli dərəcədə çətinləşdirib, bir neçə yaşayış məntəqəsi ilə nəqliyyat əlaqəsindən tamamilə təcrid olunub. Son məlumatlara görə, təbii fəlakət nəticəsində 40-dan çox insan həyatını itirib.
Xəzər dənizində zəlzələ oldu - FOTO
Bakıda maşın piyadanı vurub öldürdü
Salyanda dörd yaşlı uşaq faciəli şəkildə ÖLDÜ - VİDEO
Goranboyda avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ - YENİLƏNİB
Bakıda avtobusda gənc qıza əxlaqsızlıq etdilər - VİDEO
Bağlı qapı arxasında qalan azyaşlılar belə xilas edildi - VİDEO
Gəncədə “102”yə yalan məlumat verdi - 15 sutka həbs olundu
Azərbaycanlı biznesmenin 8 milyardlıq "kurort"u əlindən alınır - Şirkətinə də HƏBS QOYULDU - FOTO
Müharibə iştirakçısı tanınmış həkimlərin adından istifadə edərək DƏLƏDUZLUQ ETDİ
Süni intellektlə qadınları şantaj edən Atakişiyev SAXLANILDI - VİDEO
Bakıda süpürgəçini maşın vurub öldürdü










