“Hotelin müdiri “heç kimi oyatmayın” dedi”

Yanvarın 21-də Türkiyənin Bolu vilayətinin Kartalkaya xizək mərkəzində yanğın olan “Grand Kartal” hoteli ilə bağlı daha bir iddia ortaya çıxıb.
Avtosfer.az “TRT Haber”ə istinadən xəbər verir ki, hoteldə işləyən və yanğın zamanı atası ilə işdə olan Tuni Urhan gecə baş verənləri danışıb.
Mətbəxlə restoran arasında keçidin olduğunu bildirən Urhan, “Qapıdan çıxanda artıq partlayış oldu. O alovların çıxdığı yerin düz qarşısında idik, uzağa getməyə imkanımız yoxdur. Bu zaman yenə partlayış oldu”, – deyib.
Tuni Urhan çölə çıxmağı bacardıqdan sonra hoteldə olan atasına zəng edərək yanğın olduğunu bildirib. Onun sözlərinə görə, atası və onunla işləyən şəxslər yanğından xəbərdar olmayıblar.
“Hotel müdiri deyir ki, heç kəsi yuxudan oyatmayın və yanğın siqnalını söndürün. Ümumiyyətlə, müştərilər siqaret çəkdiyi üçün otaqlarda yanğın siqnalları söndürülür. Hoteldə tüstü sensoru yox idi. Hotel müdiri Zeki bəy “Heyətləri oyandırın, yarısı mətbəxə, digər yarısı dayanacağa gedib müştərilərin maşınlarını park etsin”, – deyə T. Urhan əlavə edib.
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB












