Hüquq-mühafizə orqanları cərrahlarla bağlı YOXLAMALARA BAŞLAYIR

Plastik cərrahların efirlərdə çıxışlarına qadağa qoyulub.
Avtosfer.az “Musavat.com”a istinadə xəbər verir ki, yanvar ayının 31-dək Azərbaycanda fəaliyyət göstərən bütün plastik, estetik cərrahlar ciddi yoxlamadan keçəcəklər. Hüquq-mühafizə orqanları tərəfindən həyata keçiriləcək bu yoxlamalardan üzüağ çıxan plastik və estetik cərrahlara sənəd veriləcək. Bu sənədi əldə edə bilməyən cərrahların fəaliyyətinə icazə verilməyəcək.
Qeyd edək ki, yaxın günlərdə səhiyyə nazirinin müvafiq əmri ilə Səhiyyə Nazirliyinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb.
Azərbaycan Respublikasının ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahlar peşə fəaliyyətinin qanunauyğunluğunu təsdiq edən sənədlərinin notariat qaydasında təsdiq edilmiş surətlərini (baza ali tibb təhsili, diplomdansonrakı təhsilə aid bütün sənədlər, əmək kitabçası, tibbi fəaliyyət ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə, sertifikasiya şəhadətnaməsi və s.) 2025-ci il 31 yanvar tarixinədək Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə şəxsən təqdim etməlidirlər.
Mütəxəssis tərəfindən sənədlər tələb olunan qaydada və qeyd edilən tarixədək təqdim edilmədiyi təqdirdə, bu hal onun praktik tibb fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə və ya sertifikasiya şəhadətnaməsinin ləğvi üçün əsas olacaq.
Sumqayıtda həyat yoldaşını qətlə yetirən şəxs qazisi imiş - DETALLAR - VİDEO
Bloger tərəfindən təhqir olunan şəhid anası nazirə müraciət etdi - YENİLƏNİB
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var - VİDEO
Abşeronda binada partlayış baş verib: Xəsarət alan var - VİDEO
Bakıda avtobus ağır qəzaya düşdü - Yaralılar var - VİDEO - YENİLƏNİB
Ağdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı - Polis 2 gün sonra tapdı
Kristal Abşeronun həyətində xaos: Hərəkət çətinləşdi - FOTO
Avtobus palçıqlı yolda batdı - VİDEO
Gəncədə itə qarşı amansızlıq: İşgəncəyə məruz qalan heyvan öldü - VİDEO
Gənc qadın 90-lıq yolda təhlükəli anlar yaşatdı - ANBAAN VİDEO
Maşında həyat yoldaşına şiddət göstərən rəqqas SAXLANILDI - VİDEO - YENİLƏNİB











