“Hyundai” cərimələndi - QƏRAR

Nərimanov Rayon Məhkəməsində "Auto Azərbaycan" MMC-yə yazılan inzibati protokola baxılıb. Avtosfer.az-ın Pravda.az-a istinadən xəbərinə görə, hakim Xalidə Əlisoyun sədrliyi ilə keçirilən iclasda MMC-yə inzibati tənbeh tətbiq edilib.
Qərarla "Auto Azərbaycan" 1500 AZN cərimələnib.
Dövlət Gömrük Komitəsi MMC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.
Qeyd edək ki, MMC “Hyundai” avtomobillərinin Azərbaycandakı rəsmi distribütorudur.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












