İcazəsiz otağa girib isinmək üçün od qalayıblar” - VİDEO

Lənkəranın Göyşaban kəndində baş verən yanğın zamanı iki nəfərin (59 yaşlı Cəlilabad sakini Əmrah Bədirov və 55 yaşlı Sərraf Mustafayev) yanmış meyitinin tapılması ilə bağlı yeni detallar məlum olub.
Avtosfer.az xəbər verir ki, hər iki şəxs hadisə baş verən ərazidə – donuzçuluq fermasının yaxınlığındakı metal konstruksiyalı yardımçı tikilidə yaşayır və həmin fermada gözətçi kimi işləyirmiş.
Ə. Bədirovun qardaşı Aqil Bədirov bildirib ki, hər iki şəxs orada həm işləyir, həm də qalırmış:
“Çox ağır hadisədir, araşdırılır, tam məlumatımız yoxdur. Qardaşımın heç kimlə düşmənçiliyi olmayıb, sakit adam idi”.
Fermanın sahibi Namiq Əhmədov isə “Baku TV”yə açıqlamasında hadisənin fermaya aidiyyəti olmadığını bildirib:
“Həmin şəxslər fermanın yaxınlığındakı zibil poliqonunda uzun müddətdir səfil həyatı sürürdü. Hər ikisi içki aludəçisi olub. Hadisə baş verən gün gecə saatlarında onlar icazəsiz fermanın gözətçi otağına girib və orada isinmək üçün od qalayıblar. Yəqin ki, hadisə bundan sonra baş verib. Onlar poliqondan metal qırıntıları toplayıb sataraq gündəlik qazanc əldə edirdilər”.
Ferma sahibi onu da qeyd edib ki, hər iki şəxs zibil tullantıları poliqonunda metal qırıntıları, dəmir parçaları və digər əşyalar toplayaraq satıb gündəlik qazanc əldə ediblər.
Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, noyabrın 15-də Lənkəran rayonu, Göyşaban kəndi ərazisində yerləşən fermalardan birinin həyətində olan metal konstruksiyalı yardımçı tikilidə baş vermiş yanğın nəticəsində 2 nəfərin yanmış meyitinin aşkar edilməsi faktı üzrə Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.
Daha ətraflı videomaterialda:
Yol kənarında əmisi oğlunu döydü - Məhkəmədə üzr istədi
Moskva-Bakı reysi ilə uçan təyyarə qəza enişi edib
Bayram tonqalına atılan benzin partlayışa səbəb oldu - 11 yaralı var - VİDEO
Bayram günü telefon dükanına girib oğurluq etdi – DİN-dən AÇIQLAMA - VİDEO
Polis əməliyyat keçirdi - 41 nəfər saxlanıldı
Neftçalada 15 və 17 yaşlı iki qardaşın faciəli şəkildə ölümünün TƏFƏRRÜATI - VİDEO
Ağır qəzada həlak olan qardaşların - FOTOLARI
Çak Norris vəfat edib
Bakıda mühafizəçinin şlaqbaum "oyunu" - Sakinlərin haqlı narazılığı - VİDEO
Şlaqbaumu qırıb mühafizəçini döyən SÜRÜCÜ SAXLANILDI - VİDEO
Oğurladığı bahalı velosipedi mağazadan çıxan kimi 460 manata satdı - VİDEO










