İçərişəhərdə Qala divarlarını yazanlar polis bölməsinə aparıldılar - FOTO

Hadisə 26 İyul 2022 23:44 Oxunub 3770
İçərişəhərdə Qala divarlarını yazanlar polis bölməsinə aparıldılar  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, İçərişəhərin Qala divarlarının yazılaraq korlanması faktı aşkarlanmışdı.

Aparılan axtarışlar nəticəsində hadisəni törədənlər tapılıblar. 

“Qafqazinfo”ya daxil olan məlumata görə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində qala divarlarında qrafit şəklində yazıların aşkar olunması faktı polis əməkdaşları tərəfindən araşdırılıb və qala divarlarının ötən il noyabrın 7-də paytaxt sakinləri 14 yaşlı P.B, 14 yaşlı M.M və 13 yaşlı D.V tərəfindən yazılması müəyyən edilib. 

Hər üç azyaşlının valideyni ərazi aidiyyəti üzrə Səbail Rayon Polis İdarəsinə dəvət olunaraq onlarla profilaktiki söhbətlər aparılıb, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna dəymiş ziyanın onlar tərəfindən ödəniləcəyinə dair qərar qəbul edilib.  

Hazırda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun müqavilə bağlamış bərpa şirkəti ilə birgə dəymiş ziyanın məbləğinin müəyyən edilməsi və aradan qaldırılması, eləcə də Daxili İşlər Nazirliyi tərəfindən dəymiş ziyanın ödətdirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh