İçki içib, özünü söydü - Məhkəmə cərimə etdi

Pirallahı rayonunda içkili halda özünü söyən şəxs saxlanılıb. Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, 1977-ci ildə Bakı şəhərində doğulmuş O.M. içkili vəziyyətdə yaşadığı binanın qarşısında nalayiq söyüşlər və ifadələr işlədərək ictimai yerdə ictimai qaydanı pozaraq xırda xuliqanlıq etdiyinə görə barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb. Məhkəmədə məlum olub ki, O.M. içkili olduğu üçün öz-özünə nalayiq ifadələr işlədib. Əməlindən peşman olduğunu bildirən şəxs barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edib. Məhkəmənin qərarı ilə özü-özünü söyən şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 50 manat cərimə edilib.
Salyanda dörd yaşlı uşaq faciəli şəkildə ÖLDÜ - VİDEO
Goranboyda avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ - YENİLƏNİB
Bakıda avtobusda gənc qıza əxlaqsızlıq etdilər - VİDEO
Bağlı qapı arxasında qalan azyaşlılar belə xilas edildi - VİDEO
Gəncədə “102”yə yalan məlumat verdi - 15 sutka həbs olundu
Azərbaycanlı biznesmenin 8 milyardlıq "kurort"u əlindən alınır - Şirkətinə də HƏBS QOYULDU - FOTO
Müharibə iştirakçısı tanınmış həkimlərin adından istifadə edərək DƏLƏDUZLUQ ETDİ
Süni intellektlə qadınları şantaj edən Atakişiyev SAXLANILDI - VİDEO
Bakıda süpürgəçini maşın vurub öldürdü
Gəncədə qətlə yetirilən şəxs DİREKTOR MÜAVİNİ İMİŞ: Oğlu saxlanıldı - FOTO - YENİLƏNİB
Gəncədə avtomobil keçiddən keçən orta yaşlı kişini vurdu - VİDEO










