İçkili halda işıq və qaza görə 102-yə zəng etdi, həbs olundu

Daxili İşlər Nazirliyinin (DİN) 102 Xidməti-Zəng Mərkəzinə elektrik enerjisi və qaz təchizatının kəsilməsi ilə bağlı şikayət edən şəxs həbs edilib.
Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, 1986-cı ildə Lerik rayonunda anadan olmuş G.B. İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair işə məhkəmədə baxılıb.
Belə ki, təqsirləndirilən şəxs 102 mərkəzinə zəng edərək yaşadığı evdə elektrik enerjisi və qaz təchizatının kəsilməsi ilə bağlı şikayət edib, maddi imkanı olmadığı üçün kommunal xidmətlər bərpa etdirə bilmədiyini və kömək göstərilməsini xahiş edib.
Vətəndaş həmin vaxt spirtli içki qəbul etdiyindən 102 xidmətinə bir neçə dəfə təkrar zəng edərək məlumat verib, bu zaman əsəbləşərək təhqiredici ifadələr işlədib.
Məhkəmədə əməlindən peşman olduğunu deyə G.B. həmin vaxt içkili olduğunu deyib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 10 gün müddətinə inzibati qaydada həbs edilib.
Yol kənarında əmisi oğlunu döydü - Məhkəmədə üzr istədi
Moskva-Bakı reysi ilə uçan təyyarə qəza enişi edib
Bayram tonqalına atılan benzin partlayışa səbəb oldu - 11 yaralı var - VİDEO
Bayram günü telefon dükanına girib oğurluq etdi – DİN-dən AÇIQLAMA - VİDEO
Polis əməliyyat keçirdi - 41 nəfər saxlanıldı
Neftçalada 15 və 17 yaşlı iki qardaşın faciəli şəkildə ölümünün TƏFƏRRÜATI - VİDEO
Ağır qəzada həlak olan qardaşların - FOTOLARI
Çak Norris vəfat edib
Bakıda mühafizəçinin şlaqbaum "oyunu" - Sakinlərin haqlı narazılığı - VİDEO
Şlaqbaumu qırıb mühafizəçini döyən SÜRÜCÜ SAXLANILDI - VİDEO
Oğurladığı bahalı velosipedi mağazadan çıxan kimi 460 manata satdı - VİDEO










