“İçkili olduğumdan avtobusun şüşəsini vurub sındırdım...”

Xırdalanda marşrut avtobusuna sərxoş halda daxil olaraq digər vətəndaşların narahatlığına səbəb olan və dava-dalaş salan şəxs cəzalandırılıb.
Avtosfer.az xəbər verir ki, 515 saylı marşrut avtobusunun şüşəsini sındıran şəxs Abşeron RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb. Onun Beyləqan rayonu Kəbirli kənd sakini 1984-cü il təvəllüdlü X.Həsənov olması müəyyən edilib. İctimai asayişi pozan şəxs barəsində inzibati protokol tərtib edilib.
O, ifadəsində törətdiyi əməli etiraf edib: “Spirtli içkinin təsiri altında Xırdalan dairəsindən hərəkət edən 515 nömrəli marşrut xəttinə aid avtobusda əyləşmişdim. İçkili olduğumdan ətrafda narahatlığa səbəb olmuşam. Sürücü məndən avtobusu tərk etməyimi tələb etdi və mübahisə yarandı. Əsəblərimi cilovlaya bilməyərək avtobusun sağ yan şüşəsini vurub sındırdım. Bir qədər sonra polislər gəlib məni saxladılar”.
Abşeron Rayon Məhkəməsinin qərarı ilə 75 manat cərimə edilən vətəndaş sərbəst buraxılıb.(qafqazinfo)
Bakıda avtobusda gənc qıza əxlaqsızlıq etdilər - VİDEO
Bağlı qapı arxasında qalan azyaşlılar belə xilas edildi - VİDEO
Gəncədə “102”yə yalan məlumat verdi - 15 sutka həbs olundu
Azərbaycanlı biznesmenin 8 milyardlıq "kurort"u əlindən alınır - Şirkətinə də HƏBS QOYULDU - FOTO
Müharibə iştirakçısı tanınmış həkimlərin adından istifadə edərək DƏLƏDUZLUQ ETDİ
Süni intellektlə qadınları şantaj edən Atakişiyev SAXLANILDI - VİDEO
Bakıda süpürgəçini maşın vurub öldürdü
Gəncədə qətlə yetirilən şəxs DİREKTOR MÜAVİNİ İMİŞ: Oğlu saxlanıldı - FOTO - YENİLƏNİB
Gəncədə avtomobil keçiddən keçən orta yaşlı kişini vurdu - VİDEO
Səs-küylü cinayət işi Ali Məhkəmədə - Bakıda TIR-larla yolu kəsən şirkət rəhbəri ilə bağlı QƏRAR
Cəriməni ödəyə bilməyən sürücü qoyun oğurladı - Məhkəmə ağır cəza verdi










