İcra başçısı olmaq istəyən şəxsin 20 min manatını aldılar - İlginc dələduzluq

Bakıda icra başçısı olmaq istəyən şəxs aldadılıb. O, əvvəlcə başçı olmaq üçün razılaşdırılmış 400 min manatın 20 min manatını verib. Amma sonradan aldadıldığını başa düşüb.
Avtosfer.az “Musavat.com”a istinadla xəbər verir ki, dələduzluqda təqsirləndirilən şəxs 1963-cü il təvəllüdlü Akif Quliyevdir. Bu, Akif Quliyevin ilk cinayət əməli olmayıb. Quliyev daha əvvəl də dələduzluğa görə iki dəfə məsuliyyətə cəlb edilib. Hazırda oğurluq ittihamı ilə həbsdədir.
Onun bu dələduzluq əməli həbs ediləndən sonra üzə çıxıb.
Akif Quliyev sonuncu cinayət əməlində - dələduzluqda Arzuman adlı tanışını Daşkəsən Rayon İcra Hakimiyyətinə başçı təyin etdirəcəyini vəd edib. Buna görə, 400 min manat lazım olacağını deyib. Arzuman 20 min manat verib, amma sonradan heç bir iş görmədiyi üçün Akif Quliyevdən şikayət edib.
Məhkəmə istintaqı zamanı Akif Quliyevin əməlini etiraf edən səs yazıları da dinlənilib və sübut kimi qəbul edilib.
Maraqlıdır ki, 62 yaşlı Akif Quliyev daha əvvəl də cinayət əməlləri törətsə də, azadlıqda qalmağı bacarıb. Hər dəfəsində zərəri ödəmək və barışıq əldə etməklə həbslə bağlı olmayan cəza almağa nail olub. 2020-ci ildə isə bir nəfərdən 50 min manat alaraq onu Dövlət Gömrük Komitəsində işə düzəldəcəkmiş. Lakin onu da aldadıb və azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Akif Quliyev bu dəfə də zərərçəkmiş şəxs Arzumanın pulunun 10 min manatını qaytarıb və onunla barışıq əldə edib. Ona yenə də azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
Lakin digər cinayət - oğurluq əməli törətdiyinə görə cəzaları qismən birləşdirilməklə barəsində 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu
Polis əməliyyat keçirdi - 126 nəfər saxlanıldı
Bakıda yük maşını təhlükə yaratdı - VİDEO
Şəhidlər məscidi yaxınlığında təhlükə: 20 gündür aşmış ağac götürülmür - FOTOLAR
FHN əməkdaşlarının hadisədən bir neçə dəqiqə əvvəl çəkilmiş görüntüsü - VİDEO
Çalışdığı avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanıldı
FHN əməkdaşının öldüyü hadisə ilə bağlı rəsmi AÇIQLAMA - FOTO - YENİLƏNİB
Bakıda “Ford" yanıb - VİDEO
Hicab bağlayıb marketi talayan qaraçı qadınlar SAXLANILDI - VİDEO
Bir marketdən oğurlayıb başqasına satdı - Polis saxladı










