İcra başçısını söyən fermer həbs edildi

Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimova və əməkdaşlarına qarşı uca səslə nalayiq ifadələr işlədən fermer həbs edilib.
Pravda.az-ın məlumatına görə, 1971-ci ildə Kürdəmir rayonunda anadan olmuş Əhliman İmranov (ad-soyad şərti) barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.
Əhliman İmranov atasından miras qalmış fermanı öz adına sənədləşdirmək üçün Kürdəmir rayon İcra Hakimiyyətinə müraciət etsə də, indiyədək heç bir nəticə əldə edə bilməyib. Bununla bağlı kömək edilməsi üçün DİN-in 102 xidmətinə zəng vururaq, “silahlı dəstə düzəldim, icra hakimiyətinə gedim, ya neyləyim” deyib.
Etdiyi şikayətlə bağlı polis əməkdaşları onun yaşadığı ünvana gəlib, izahat verməsi üçün onu polis şöbəsinə dəvət etdikləri üçün əsəbi halda Kürdəmir rayon İcra Hakimiyyətinin rəhbərliyinin ünvanına uca səslə nalayiq ifadələr işlədib.
Fermer məhkəmədə öz haqqını tələb etdiyini bildirib. Amma əsəbi halda etdiyi hərəkətlərinə görə peşman olduğunu da dilə gətirib.
O, İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 5 gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilib.
Ağır qəzada həlak olan qardaşların - FOTOLARI
Çak Norris vəfat edib
Bakıda mühafizəçinin şlaqbaum "oyunu" - Sakinlərin haqlı narazılığı - VİDEO
Şlaqbaumu qırıb mühafizəçini döyən SÜRÜCÜ SAXLANILDI - VİDEO
Oğurladığı bahalı velosipedi mağazadan çıxan kimi 460 manata satdı - VİDEO
Kiberdələduzluq edən haker dəstə tutuldu - Bank səhifələrinin oxşarını yaradırmışlar - VİDEO
Avtoyuma məntəqəsindən maşın OĞURLANDI
Qubada ər arvadını qətlə yetirdi - Sonra özünü asdı - YENİLƏNİB
Yolu kor-koranə keçən qadın qəzadan son anda xilas oldu - VİDEO
Prospektdə gənc oğlan skuterlə əks yola çıxıb təhlükə saçdı - VİDEO
Sürücüdən MƏSULİYYƏTSİZ ADDIM: Yola beton tökdü - ANBAAN VİDEO










