İcra Hakimiyyətinin vəzifəli şəxsi həbs olunub

Laçın Rayon İcra Hakimiyyətinin tabeçiliyində fəaliyyət göstərən Laçın Rayon Kommunal Müəssisələri Kombinatının mühasibi Fərman Cabbarov həbs edilib.
Avtosfer.az-ın “Qaynarinfo”ya istinadən məlumatına görə, 1977-ci ildə Laçının Leninkənd kəndində dünyaya gələn, rayonun Qarakeçdi kəndində qeydiyyatda olan, ali təhsilli Fərman Cabbarova İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) inzibati xəta protokolu tərtib edilib və iş məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə Fərman Cabbarov inzibati xətanı törətməkdə təqsirli bilinib və 8 gün müddətinə inzibati qaydada həbs olunub. pizza
Qeyd edək ki, Fərman Cabbarov əvvəllər Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Laçın rayon şöbəsinin aparıcı mühasibi vəzifəsində çalışıb. O, 2010-cu ildə DSMF-nın Laçın rayon şöbəsinin sabiq müdiri Musa Musayevlə bərabər 2 il 6 ay müddətində həbs edilib.
İttihama görə, Cabbarov Fərman Baloğlan oğlu 2004-cü ildən Dövlət Sosial Müdafiə Fondunun Laçın rayon şöbəsində aparıcı mühasib vəzifəsində işləyərkən şöbənin müdiri Musayev Musa Rəfi oğlu və digər şəxslərlə cinayət əlaqəsinə girərək, 2007-2008-ci illər ərzində rüşvət almaqla 95 nəfər pensiya almaq hüququ olmayan və 15 nəfər əlillik müddəti qurtarmış şəxslərə qanunsuz pensiya ödənişləri aparılması ilə bağlı rəsmi sənədlərlə bilə-bilə yalan məlumat daxil ediblər. Nəticədə Cabbarov etibar edilmiş özgə əmlakı olan cəmi 78 417 manat məbləğində pul vəsaitlərini israf etmə yolu ilə talayaraq dövlətə külli miqdarda ziyan vurub.
Motosikleti səkiyə çırpıb ölən sürücü birinci kurs tələbəsi olub
Balları və cərimələri sistemdən “silən” DƏLƏDUZ PEYDA OLUB - DİQQƏT
Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu
Polis əməliyyat keçirdi - 126 nəfər saxlanıldı
Bakıda yük maşını təhlükə yaratdı - VİDEO
Şəhidlər məscidi yaxınlığında təhlükə: 20 gündür aşmış ağac götürülmür - FOTOLAR
FHN əməkdaşlarının hadisədən bir neçə dəqiqə əvvəl çəkilmiş görüntüsü - VİDEO
Çalışdığı avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanıldı
FHN əməkdaşının öldüyü hadisə ilə bağlı rəsmi AÇIQLAMA - FOTO - YENİLƏNİB
Bakıda “Ford" yanıb - VİDEO










