İcra nümayəndəsinin qardaşı güllə yarasından öldü

Biləsuvar rayonunda güllə yarası alan kişi ölüb.
Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində olub.
Belə ki, 1968-ci il təvəllüdlü Bağırov İqbal Bəhlul oğlu yaşadığı evin həyətində güllə yarası alıb.
Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.
İlkin olaraq olar, onun ov tüfəngindən aldığı güllə yarasından öldüyü ehtimal olunur.
Faktla bağlı araşdırmalara başlanılıb.
***
Biləsuvar rayon sakininin güllə yarasından ölməsinin bəzi təfərrüatları məlum olub.
Belə ki, İqbal Bağırov evinin həyətində oğlanlarının mübahisəsinə əsəbləşib. Daha sonra o, ov tüfənginin qundağını yerə çırpıb. Bu zaman açılan atəş mərhumun ölümünə səbəb olub.
İ. Bağırov Biləsuvar rayonunda yerləşən pambıq zavodlarının birində mexanizator kimi çalışırmış. O, hadisə baş verən kəndin icra nümayəndəsinin qardaşıdır.
Hadisə ilə bağlı TƏBİB-dən açıqlamada bildirilib ki, bu gün saat 20:30 radələrində 1968-ci il təvəlüdlü (kişi cinsli) şəxs Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına ölü vəziyyətdə gətirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Bakıda avtomobil yanır - VİDEO
Metroda problem yarandı - Qatarlar gecikir
Əri öləndən sonra evdən qovuldu, maşın vurub öldürdü - Şəmkirdə ukraynalı qadının dramı
Bu şəhərdə 22 yaşlı gənc bıçaqla 30 avtomobilin təkərini deşdi – ANBAAN VİDEO
Sosial şəbəkələrdə əxlaqsız paylaşımlara cəza sərtləşdirilir - Sərt xəbərdarlıq
Xəzərin sahilində minlərlə ölü quş tapıldı - FOTOLAR - YENİLƏNİB
Maşının kapotu üzərində 20 km sürükləndi - VİDEO
Müğənni Nəfəs "Lorenzo Home"dan şikayət etdi: "8 aydır evimə köçə bilmirəm" - VİDEO
Zabrata 3 gündür su verilmir; xətdə qəza baş verib – RƏSMİ AÇIQLAMA – VİDEO
Keçidin yaxınlığından yolu keçən piyadalar təhlükə yaratdılar - VİDEO
Motosikleti səkiyə çırpıb ölən sürücü birinci kurs tələbəsi olub








