İdarə müdirinin göstərişi qəzaya səbəb oldu: Mühafizəçi inəkləri yola çıxarıbmış...

Qobustan Rayon İcra Hakimiyyətinin 1 Saylı Yaşıllaşdırma İdarəsinin əməkdaşı mal-qaranı yaşıllıq ərazisindən çıxararkən yol nəqliyyat hadisəsinə səbəb olub. Bu səbəbdən barəsində məhkəmə qərarı verilib. Avtosfer.az-ın “Qaynarinfo”ya istinadən məlumatına görə, 1969-cu il təvəllüdlü E.M.-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi (velosipedçi, moped və at arabası idarə edən, habelə mal-qara ötürən şəxsin yol hərəkəti qaydalarını pozması) ilə protokol tərtib olunub və işə məhkəmədə baxılıb.
Araşdırma zamanı müəyyən edilib ki, E.M. Qobustan Rayon İcra Hakimiyyətinin 1 Saylı Yaşıllaşdırma İdarəsində mühafizəçi vəzifəsində çalışır. 2025-ci il iyunun 9-da idarənin müdiri Rasim Novruzov ona zəng edərək, Qobustan şəhəri, Əlyar Vəliyev küçəsində yerləşən yanacaqdoldurma məntəqəsi yaxınlığındakı yaşıllaşdırma ərazisinə mal-qara daxil olduğunu bildirib və heyvanların ərazidən çıxarılmasını tapşırıb.
E.M. müdirin göstərişini yerinə yetirmək məqsədilə atla əraziyə yollanıb və əhalinin saxladığı heyvanları yaşıllıq sahəsindən çıxarıb. Lakin heyvanlar örüş istiqamətinə deyil, əks istiqamətə qaçaraq asfalt yola çıxıblar.
Bu zaman inəklərdən biri yolla hərəkət edən "VAZ-21093” markalı, "CA” dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobilə maddi ziyan dəyib.
Məhkəmə qərarı ilə E.M. törətdiyi inzibati xəta səbəbilə 100 manat cərimələnib. Eyni zamanda, avtomobilə dəymiş 2300 manatlıq ziyanı ödəməyi də öz üzərinə götürüb.
Qeyd edək ki, idarə müdiri olan Rasim Novruzov 2024-cü il parlament seçkilərində 87 saylı Qobustan-Şamaxı-İsmayıllı seçki dairəsindən deputatlığa namizəd olub.
Toyundan bir gün sonra ağır qəza törədən gəncə hökm oxundu - 4 il 10 ay 4 gün
Gəmiricilər kabelləri məhv edib təzə avtomobillərə ziyan vurdu
Bakıda naməlum qadın gecə evlərin arasında gəzir - "Narkotik axtarır" - VİDEO
Bakıda narkotacirlərin saxlanılmasının ANBAAN GÖRÜNTÜLƏRİ - VİDEO
Bakıda 18 nömrəli avtobuslar yolda qaldı - SƏBƏB
DTX-dan ƏMƏLİYYAT: Müharibədə iştirak edənlər saxlanıldı
Skuterlə yolu kor-koranə keçən oğlan avtobusa çırpıldı - ANBAAN VİDEO
77 yaşlı kişini maşın vurub ÖLDÜRDÜ
Cəlilabadda əmisinin baltaladığı uşaqlardan biri öldü - YENİLƏNİB
Bakıda "Mercedes" yandı
Sürücülərin "qaranlıq imtahanı": Magistral yolda işıqlar niyə söndürülüb? - VİDEO











