İdman zalında silahlı atışma – 2 ölü, 3 yaralı

ABŞ-nin Nevada ştatının Las-Veqas şəhərində idman zalında baş verən atışmada hücum edən şəxs də daxil olmaqla azı iki nəfər ölüb, daha üç nəfər yaralanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarına istinadən “Associated Press” agentliyi məlumat yayıb.
Las-Veqas polisinin kapitanı Esmeralda Boveda bildirib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gələrək, idman zalının qapısında odlu silahla dayanmış bir kişini aşkarlayıblar. Atıcı binadan qaçıb, polis əməkdaşları ona atəş açıb, sonra isə onu saxlayıblar.
"Tibb işçiləri gəlib və şübhəli şəxsi xəstəxanaya aparıblar, o, sonra orada ölüb. Atışma zamanı ölən şəxsin meyiti də hadisə yerində, binanın içərisində tapılıb. Üç zərərçəkən xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır", - Boveda bildirib.
Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.
Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu
Polis əməliyyat keçirdi - 126 nəfər saxlanıldı
Bakıda yük maşını təhlükə yaratdı - VİDEO
Şəhidlər məscidi yaxınlığında təhlükə: 20 gündür aşmış ağac götürülmür - FOTOLAR
FHN əməkdaşlarının hadisədən bir neçə dəqiqə əvvəl çəkilmiş görüntüsü - VİDEO
Çalışdığı avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanıldı
FHN əməkdaşının öldüyü hadisə ilə bağlı rəsmi AÇIQLAMA - FOTO - YENİLƏNİB
Bakıda “Ford" yanıb - VİDEO
Hicab bağlayıb marketi talayan qaraçı qadınlar SAXLANILDI - VİDEO
Bir marketdən oğurlayıb başqasına satdı - Polis saxladı










