İdmançı ərini öldürən qadın cəzadan azad edildi

"Sərhədçi" idman kompleksinin kikboksinq üzrə məşqçisi Nurani Qalabəylinin qətlində ittiham olunan həyat yoldaşı Əfsanə Qalabəylinin məhkəmə araşdırması başa çatıb.
Avtosfer.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda əvvəlcə prokuror çıxış edib.
Prokuror elan edib ki, keçirilmiş ekspertiza rəyləri ilə Ə.Qalabəylinin cinayəti anlaqsız vəziyyətdə törətdiyi və hadisədən sonra onda psixi pozuntu yarandığı təsdiq edilib.
Bu səbəbdən xanım müttəhim cəzadan azad edilməli, barəsində məcburi tibbi xarakterli tədbirlərin görülməsi üçün ixtisaslaşmış psixatriya stiasionarında müalicə tətbiq edilməlidir.
Siyavuş Hacıyevin sədrlik etdiyi məhkəmə heyəti müşavirədən sonra qərarı elan edib.
Qərara əsasən, Ə.Qalabəyli cinayəti anlaqsız vəziyyətdə törətdiyindən və hazırda psixi problemləri olduğundan cinayət məsuliyyətindən və cəzadan azad edilib.
Qərar qanuni qüvvəyə mindikdən sonra müttəhim barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə tətbiq ediləcək.
Qeyd edək ki, hadisə ötən ilin sentyabr ayında Xətai rayonu ərazisində qeydə alınıb. Əfsanə Qalabəyli özündən 13 yaş böyük olan həyat yoldaşı Nurani Qalabəylini çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. Ona qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib. Nurani Qalabəyli kikboksinq üzrə tanınmış məşqçi olub. O, ölümünə qədər "Sərhədçi" idman kompleksində çalışırmış.
(qafqazinfo)
Yolu kor-koranə keçən qadın qəzadan son anda xilas oldu - VİDEO
Prospektdə gənc oğlan skuterlə əks yola çıxıb təhlükə saçdı - VİDEO
Sürücüdən MƏSULİYYƏTSİZ ADDIM: Yola beton tökdü - ANBAAN VİDEO
Xaçmazda maşın piyadanı vuraraq ÖLDÜRDÜ
Xəzər dənizində ZƏLZƏLƏ oldu - FOTO
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxladı - VİDEO
Yola baxmadan qaçan gənc az qala maşının altında qalacaqdı - ANBAAN VİDEO
Şəhərin mərkəzində “Mercedes” əks istiqamətdən gələn skuterlə toqquşdu - VİDEO
Bakıda hərəkətdə olan avtomobildə yanğın baş verdi - ANBAAN VİDEO
Azərbaycanda iş adamı faciəvi şəkildə öldü
Qanunsuz onlayn kazino oyunlarına qarşı əməliyyat - Saxlanılanlar var - VİDEO











