İdmançını öldürən ata və oğul barəsində qərar

Sumqayıtda idmançını bıçaqlayaraq qətlə yetirən ata və oğlunun barələrində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, Ali Məhkəmədə hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Əhəd İsmayılov və Ramil İsmayılov şikayətin geri götürülməsi ilə bağlı məhkəməyə müraciət edib.
Məhkəmə onların müraciətini nəzərə alıb.
Qeyd edək ki, birinci instansiya məhkəməsində dövlət ittihamçısı Ramil İsmayılovun 20 il, Əhəd İsmayılovun isə 19 il müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.
Bakı Ağır Cinayətlər Məhkəməsi təqsirləndirilən şəxslərə nisbətən yüngül maddə əsasında cəza təyin edib. Daha sonra prokurorluq hökmdən apellyasiya şikayəti versə də, hökm dəyişdirilmədən saxlanılıb. Prokurorluğun Ali Məhkəməyə protest təqdim etməsindən sonra iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılıb.
Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə Ramil İsmayılovun cəzası 10 il 6 aydan 18 ilə, Əhəd İsmayılovun cəzası isə 9 ildən 16 ilə dəyişdirilib.
Motosikleti səkiyə çırpıb ölən sürücü birinci kurs tələbəsi olub
Balları və cərimələri sistemdən “silən” DƏLƏDUZ PEYDA OLUB - DİQQƏT
Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu
Polis əməliyyat keçirdi - 126 nəfər saxlanıldı
Bakıda yük maşını təhlükə yaratdı - VİDEO
Şəhidlər məscidi yaxınlığında təhlükə: 20 gündür aşmış ağac götürülmür - FOTOLAR
FHN əməkdaşlarının hadisədən bir neçə dəqiqə əvvəl çəkilmiş görüntüsü - VİDEO
Çalışdığı avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanıldı
FHN əməkdaşının öldüyü hadisə ilə bağlı rəsmi AÇIQLAMA - FOTO - YENİLƏNİB
Bakıda “Ford" yanıb - VİDEO









