İdmançını öldürən dostuna 17 il həbs verildi - FOTOLAR

Lənkəran şəhərində 24 yaşlı Elnur Cəfərovu bıçaqlayaraq qətlə yetirən Ruslan Məmizadənin məhkəməsi başa çatıb.
Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində 2003-cü il təvəllüdlü R.Məmizadəyə hökm oxunub.
Bildirilib ki, hadisə ötən il oktyabrın 17-si axşam saat 10 radələrində şahmat məktəbinin qarşısında baş verib.
Ruslan Elnurla dostluq edirmiş. Amma sonradan Elnurun onun ailə üzvlərindən birinə mesajlar yazaraq narahat etdiyini düşünüb. Bundan sonra o, Elnurla danışaraq görüş təyin edib. Küçədəki görüş zamanı isə qəfil hücum edərək çoxsaylı bıçaq xəsarətləri yetirib. Nişanlı olan Elnur aldığı xəsarətlərdən vəfat edib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Ruslanı Cinayət Məcəlləsinin 120.2.4-cü (Xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə təqsirli bilib. Ona 17 il həbs cəzası verilib.



Yol kənarında əmisi oğlunu döydü - Məhkəmədə üzr istədi
Moskva-Bakı reysi ilə uçan təyyarə qəza enişi edib
Bayram tonqalına atılan benzin partlayışa səbəb oldu - 11 yaralı var - VİDEO
Bayram günü telefon dükanına girib oğurluq etdi – DİN-dən AÇIQLAMA - VİDEO
Polis əməliyyat keçirdi - 41 nəfər saxlanıldı
Neftçalada 15 və 17 yaşlı iki qardaşın faciəli şəkildə ölümünün TƏFƏRRÜATI - VİDEO
Ağır qəzada həlak olan qardaşların - FOTOLARI
Çak Norris vəfat edib
Bakıda mühafizəçinin şlaqbaum "oyunu" - Sakinlərin haqlı narazılığı - VİDEO
Şlaqbaumu qırıb mühafizəçini döyən SÜRÜCÜ SAXLANILDI - VİDEO
Oğurladığı bahalı velosipedi mağazadan çıxan kimi 460 manata satdı - VİDEO










