İki ay əvvəl qəzada xəsarət alan şəxs ölüb - Lənkəranda

Hadisə 29 Aprel 2024 19:48 Oxunub 204
İki ay əvvəl qəzada xəsarət alan şəxs ölüb - Lənkəranda
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Lənkəranda qəzada xəsarət alan şəxs 2 ay sonra ölüb. APA-nın verdiyi məlumata görə, fevralın 29-da ölümlə nəticələnən yol qəzasında xəsarət alan Lənkəran rayonunun Xanbulan kənd sakini, 1998-ci il təvəllüdlü Ülvi Elşad oğlu Əzizli bu gün səhər Lənkəran rayon mərkəzi xəstəxanasında vəfat edib. Ülvi Əzizli iki ay idi xəstəxananın reanimasiya şöbəsində komada idi, süni nəfəs aparatına qoşulmuşdu.

Qeyd edək ki, həmin vaxt Lənkəran rayon ərazisində baş verən qəzada 1998-ci il təvəllüdlü Azər Babayev ölmüş, 2003-cü il təvəllüdlü Riyad Qurbanov xəsarət almışdı.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh