İki Azərbaycanlı avtomobillə adam oğurladılar - Arvadından 500 min tələb etdilər
Rusiyanın Çelyabinsk əyalətində adam oğurluğunda şübhəli bilinən iki Azərbaycan vətəndaşı tutulub. Avtosfer.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin regional
İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
“İyulun 29-da axşam saatlarında 27 yaşlı müttəhimlər Yemanjelinsk şəhərinin Engels küçəsində 23 yaşlı Tacikistan vətəndaşını avtomobillə qaçırıblar. Şübhəlilər onun həyat yoldaşını kişini öldürəcəkləri ilə hədələyərək 500 min rubl tələb ediblər” – məlumatda deyilir.
Bildirilib ki, şübhəlilər qısa müddətdə saxlanılıb. Onlar Rusiya Federasiyası Cinayət Məcəlləsinin 126-cı maddəsinin 2-ci hissəsinin “a” bəndi (“Oğurluq”), Rusiya Federasiyası Cinayət Məcəlləsinin 163-cü maddəsinin 2-ci hissəsinin “a” bəndi (“hədə-qorxu ilə tələb etmə”) ilə şübhəli bilinirlər.
“Hazırda cinayəti törətmiş şəxslərə qarşı ittiham irəli sürülməsi planlaşdırılır və barələrində həbs-qətimkan tədbirinin seçilməsi məsələsi həll edilir”, - İstintaq Komitəsindən bildirilib.
Müttəhimlərin Rusiyada qalmasının qanuniliyi də yoxlanılacaq.
Namiq Musayev