İki ərzaq mağazasının sahibi cərimələnib - FOTO

Hadisə 31 İyul 2024 23:39 Oxunub 422
İki ərzaq mağazasının sahibi cərimələnib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Şərur rayonunun Yengicə kəndində və Babək şəhərinin Qoşadizə məhəlləsində fəaliyyət göstərən ərzaq mağazalarında plandankənar yoxlamalar həyata keçirilib.

Agentlikdən Avtosfer.az-a bildirilib ki, yoxlamalar zamanı hər iki obyektdə bir sıra nöqsanlar aşkar edilib.

Yengicədə fəaliyyət göstərən mağazada qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların və sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyənləşib. Belə ki, mağazada və anbarda temperatur rejiminə və mal qonşuluğu prinsipinə əməl edilmədiyi, havalandırma sisteminin olmadığı aşkar edilib. Qida məhsullarının anbarda divardan məsafə gözlənilmədən saxlandığı müəyyən olunub.

Qoşadizə məhəlləsində fəaliyyət göstərən ərzaq mağazasında isə temperatur rejiminə və mal qonşuluğu prinsipinə əməl olunmadığı, bəzi qida məhsullarının mağazanın xaricində, birbaşa Günəş şüaları altında saxlandığı, işçilərin dövri tibbi müayinədən keçmədiyi aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq hər iki mağazanın vəzifəli şəxsi barəsində inzibati protokol tərtib olunub.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh