İki gün öncə Lənkərançayda batan şəxsin meyiti tapılıb
Hadisə
18 İyul 2024 20:15
Oxunub 430
İki gün öncə Lənkərançayda batan şəxsin meyiti tapılıb.
Bu barədə Avtosfer.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, iyulun 16-da Lənkərançay çayında batmış 1976-cı il təvəllüdlü Panayev Elşad Xanhəsən oğlunun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
ŞƏRH YAZ