İki gündə 11 məhbus edam olunub
Hadisə
7 Noyabr 2024 00:12
Oxunub 350
İranda son iki gündə on bir məhbus barəsində çıxarılan ölüm hökmü icra edilib.
Avtosfer.az xəbər verir ki, məlumatı “Azad İran” yayıb.
Bildirilib ki, İranın Yəzd, Ciroft, Kermanşah, Kəhnuc, Şiraz, habelə Güney Azərbaycanın Urmiya və Həmədan şəhərlərindəki zindanlarda edamlar icra olunub.
Məlumata görə, bu ilin iyul ayından, İran Prezidenti Məsud Pezeşkianın vəzifə səlahiyyətlərinin icrasına başlayandan sonra edam edilən məhbusların sayı 411 nəfərə çatıb.
Vurğulanıb ki, bu göstərici ötən ilin uyğun dövrü ilə müqayisədə 85 faiz çoxdur.
Məlumata görə, İranın 24 həbsxanasında siyasi məhbuslar “Çərşənbə axşamları edama yox” kampaniyasına dəstək məqsədilə aclıq aksiyası keçirirlər.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR