İki hərbçimiz yol qəzasında həlak oldu - FOTO

Hadisə 20 İyun 2024 18:09 Oxunub 184
İki hərbçimiz yol qəzasında həlak oldu - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İşğaldan azad edilmiş ərazidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb.

Hadisə Füzuli-Ağdam yolunun 30-cu kilometrliyində qeydə alınıb.

Hərəkətdə olan “VAZ-2106” markalı minik maşını yol tikintisi texnikasına çırpılıb. Nəticəsində minik maşınında olan Murad Aydın oğlu Müsadirov və Kənan Tapdıq oğlu Mustafayev aldıqları xəsarətdən ölüblər.

Qeyd edək ki, hər iki şəxsin hərbçi olduğu bildirilir.

(musavat.com)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh