İki il əvvəl qadının qətlə yetirilməsi cınayətinin üstü açılıb

İki il əvvəl törədilərək bağlı qalmış cinayətin üstü açılıb.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, prokurorluq orqanlarının əsas prioritet istiqamətlərdən biri - ötən illərdən gizli və qeyri-aşkar şəraitdə törədilməklə bağlı qalmış cinayətlərin istintaq edilərək açılmasını təmin etməkdir.
Bununla bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin səmərəli birgə fəaliyyəti nəticəsində 2 il əvvəl törədilərək bağlı qalmış cinayətin açılması təmin edilib.
Belə ki, 04 sentyabr 2020-ci il tarixdə saat 10 radələrində Masallı rayonunun Hüseynhacılı kəndinin ərazisində 02.04.1962-ci il təvəllüdlü Şəmmədova Aidə Ağadadaş qızının yaşadığı evdə başına küt alətlə vurularaq qətlə yetirilməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, lakin cinayəti törətmiş şəxsin müəyyən edilməsi mümkün olmayıb.
Peşəkar prokurorluq və polis əməkdaşlarından ibarət olan istintaq-əməliyyat qrupu tərəfindən həyata keçirilmiş kompleks istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri ilə zərərçəkmişin həmkəndlisi 05.05.1992-ci il təvəllüdlü Tapdıqov Şəhriyar Əliyar oğlunun 04.09.2020-ci il tarixdə Aidə Şəmmədovanın yaşadığı evə tamah niyyəti ilə daxil olaraq sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
29.01.2022-ci il tarixdə Şəhriyar Tapdıqov şübhəli şəxs qismində tutulmuş, sonuncu istintaqa verdiyi ifadəsində törətdiyi cinayət əməlini etiraf etməklə cinayətin alətini təqdim edib.
Hazırda Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Qeyd edilib ki, Baş Prokurorluq tərəfindən bağlı qalmış işlərin açılması istiqamətində fəaliyyət davam etdirilir.
Huşsuz vəziyyətdə olan sürücü yanan avtomobildən belə xilas edildi – ANBAAN VİDEO
Tələbələrin fotolarını yayan şəxsin barəsində cinayət işi başlanıldı - VİDEO
Azərbaycanda gün ərzində ikinci zəlzələ - FOTO
Bakıda görünməmiş hadisə: Yeni səki salınması NARAZILIĞA SƏBƏB OLDU - VİDEO
Bakıda gecə yarısı kabus: Qadın hərəkətdə olan maşının üzərinə getdi - VİDEO
Xanım tələbələri şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakıda qumar oynayan taksi sürücüsü saxlanıldı - 3 min manat cərimələndi
Qırmızı işıqda gözləyən avtomobillər çökən yola düşdü - FOTO
Motosikletlə kafeyə girib narahatlıq yaradan sürücü cərimələndi – 250 manat - VİDEO
Taksi sürücüsü müştərini aparmaqdan imtina etdi - Məhkəməlik oldu
Restoranda hallanan kişi qadın sürücünü evinədək təqib etdi - Əri ilə dalaşıb həbsə düşdü









