
İki mərtəbəli ev yandı - 3 nəfər öldü
Hadisə
13 Fevral 2025 20:33
Oxunub 246

İranın paytaxtı Tehran şəhərində ikimərtəbəli yaşayış binasında yanğın nəticəsində üç nəfər ölüb.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə Tehran əyalətinin Yanğından təhlükəsizlik xidmətinin nümayəndəsi Cəlal Maleki bildirib.
Onun sözlərinə görə, hadisə nəticəsində 40 və 50 yaşlarında iki kişi və 80 yaşlı qadın ölüb.
Yanğının səbəbi araşdırılır.
ŞƏRH YAZ